Ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində (I-IV siniflər) rəsmi olaraq 5 günlük tədris həftəsi tətbiq edilir. Yuxarı siniflərdə isə 5 günlük tədris həftəsinə keçidlə bağlı müəyyən çətinliklər meydana çıxır.
Bu barədə ONN media-ya Təhsil Nazirliyindən ümumtəhsil məktəblərində tədris 5 günlük olsa da, bəzi məktəblərdə dərslərin həftənin 6-cı günü də keçirilməsinin səbəbləri ilə bağlı sorğumuzu cavablandırarkən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərinin hər dərs ili üçün təsdiq edilən tədris planlarında Azərbaycan bölməsi üzrə V siniflərdə həftəlik dərs saatlarının miqdarı 25, tədris digər dillərdə aparılan bölmələr (rus, gürcü) üzrə isə 27 saatdır:
“Çünki həmin bölmələrdə dövlət dili kimi “Azərbaycan dili” fənni keçilir və bu fənnə həftədə 2 saat ayrılır. Göründüyü kimi, V siniflərdə həftəlik dərs saatlarının miqdarına görə 5 günlük tədris həftəsi tətbiq oluna bilər.
Lakin tədris planında VI sinifdə həftəlik 29/31, VII sinifdə 31/33, VII və IX siniflərdə 32/34, X və XI siniflərdə 33/35 saat dərs nəzərdə tutulub (kəsrin sağındakı rəqəm tədris digər dillərdə olan bölmələrə aiddir). Bu halda 5 günlük tədris həftəsinə keçilərsə, cədvəl üzrə gündəlik dərs saatlarının sayında artıqlıq yaranır ki, bu da şagirdlərin zehni yüklənməsi ilə nəticələnir.
Xüsusilə, ikinövbəli məktəblərdə həmin prosesin tənzimlənməsində xeyli çətinliklər yaranır. Ona görə də yuxarı siniflərdə 5 günlük tədris həftəsinin tətbiqindən imtina halları yaranır”.
Nazirlikdən həmçinin onu da bildiriblər ki, 6 günlük tədris həftəsinin tətbiqi pozuntu hesab olunmur.
Məktəblərdə iş rejimi Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”sinə uyğun tənzimlənir.
Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrdə şagirdlərin dərs proqramı asanlaşdırılmaqla dördgünlük tədris həftəsi kampaniyasına keçid reallaşdırılır. Tədqiqatların nəticəsinə görə, məktəblilərin daha çox istirahət etməsi onların dərsləri daha mükəmməl qavramasına və yaradıcı-analitik təfəkkürün formalaşmasına imkan yaradır.
Şagirdlərin həddən artıq çox yüklənməsi isə yaradıcı düşüncəni və qabiliyyəti məhv edir.



Məktəblərdə qış tətilinin VAXTI MƏLUM OLDU
1 həftəlik tətilə görə tədris ili uzadılmayacaq- RƏSMİ
Dərslər bu tarixdə başlayacaq- RƏSMİ
Fevralın 15-dən V-IX siniflərdə DƏRSLƏR BƏRPA OLUNUR
Azərbaycanda növbəti tədris ilinin tətil günləri açıqlandı
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi
Bu TARİXLƏRDƏ ibtidai siniflər üçün yaz tətili olacaq
Bu gün məktəblərdə "Son zəng" çalınır
Məktəblilərin qış tətili günləri açıqlanıb
Ceyhun Bayramov əmr imzaladı
İbtidai siniflərin yaz tətili başlayır
İbtidai siniflərin tətili başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 