ONN İnformasiya Agentliyi

Paşinyan öz hamilərini vurur: proses başladı

Paşinyan öz hamilərini vurur: proses başladı
3-05-2019, 12:22

Paşinyan Sorosun hökumətdəki kadrlarından yaxasını qurtarır. Bu məlumatı “EADaily” portalı yayıb. “Ermənistanda antirusiya kursunun əsas aparıcı siması bir neçə təşkilatdır. Bunlar Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin direktoru Artur Sakunts, Aşparez Jurnalistlər Klubunun rəhbəri Levon Barseqyan, Qloballaşma və Regional Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan, Məlumatlı Vətəndaşlar İttifaqı təşkilatının rəhbəri Daniyel İoanisyan və “Transparency İnternational” beynəlxalq təşkilatının Ermənistandakı mərkəzidir. Onların hamısı sosial şəbəkələr və KİV-lər vasitəsilə Vanetsyanı (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri – red.) tənqid edir və Ermənistan hava limanlarından Rusiya sərhədçilərinin çıxarılmasını tələb edirlər. Onlar Rusiyanın ünvanına hər zaman tənqidlə çıxış ediblər. Onların antirusiya ritorikası inqilabdan sonra Nikol Paşinyanın onların bəzi nümayəndələrini öz komandasına almasıyla müəyyən qədər zəiflədi. İndi əks-proses baş verir. Paşinyan Sorosun kadrlarından yaxasını qurtarır və bu işdə güclü müqavimətlə üz-üzə qalır. David Sanasaryanın vəzifədən uzaqlaşdırılması və baş nazirə hücumlar bunun sübutudur. Tezliklə, Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın da vəzifəsindən qovulacağı barədə məlumatlar dolaşır. Paşinyan yavaş-yavaş sorosçuların nümayəndələri ilə əlaqə kanallarını məhv edir. Onlar çoxdan Paşinyanla görüşə cəhdlər göstərsələr də, Paşinyan artıq onları qəbul etmir”, – deyə təhlildə bildirib.(axar)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png