Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə olunur. ONN media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanda ev heyvanlarının peyvəndi bu sahədə atılan addımlardan biridir:
“Dünyada itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməməsinə gətirib çıxarır”. Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır: “Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır. Hazırda oral vaksinasiya yoxdur, olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”. Asif Ömərov qeyd edib ki, Azərbaycan ötən il 250 min vaksin almışdısa, bu il 270 min vaksin sifariş verilib.Azərbaycanda it və pişiklərin sayı artıb



Baş nazirdən yeni qərar
Nazirliyin şöbə müdiri işdən çıxarıldı
İtlərin vəfalı olmağı yalan imiş?
Nazirliyə yeni aparat rəhbəri təyin edildi
Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var? - RƏSMİ
"Klon" serialı gerçək oldu - Klonlanmış ilk canlı bu gün doğuldu
Qarabağda vəhşi heyvanlar peyvəndlənir
Azərbaycanda səhralaşmaya qarşı mübarizə aparılacaq - SƏRƏNCAM
ÜST: Heyvanlar da koronavirusa yoluxa bilər
Azərbaycanda vəhşi hevanlar peyvəndləndi
Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 