İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır. Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) əməkdaşları işğaldan azad edilmiş Xocavənd rayonunun ərazisində meşə və meşəətrafı sahələrə, vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə, sahibsiz itlərin çox olduğu ərazilərə ümumilikdə 400 doza aldadıcı yem atıblar. Peyvəndləmə tədbirlərində iştirak edən AXA-nın sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq. Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib. AXA-nın əməkdaşları peyvəndləmənin nəticələrini müəyyən etmək üçün tədbirdən üç gün sonra ərazilərdə monitorinqlər keçirirlər. Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.
Qarabağda vəhşi heyvanlar peyvəndlənir



Azərbaycanda vəhşi hevanlar peyvəndləndi
Azərbaycanda itlər quduzluğa görə peyvənd olunub
Azərbaycanda it və pişiklərin sayı artıb
Rusiya ilə həmsərhəd rayonlara vaksin göndərilib
Ucarda peyvəndləmə işləri davam etdirilir
Sərhəd kəndlərində növbəti görüş keçirilib
Bayandur Rzayev: “Fermerlərin müraciətlərinin çevik və operativ cavablandırılması vacibdir”
Bölgələrdə peyvəndləmə işləri yoxlanılır
Qaxda iki nəfəri sahibsiz it dişlədi
Bu dərmanları satanlar ciddi cəzalandırılacaq -FOTOLAR
Heyvanlar koronavirusu insanlara ötürə bilərmi?
Zəngilanda Azərbaycan - Türkiyə “Qardaşlıq bağı” salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 