Bu gün “Four season” oteldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilib.
ONN media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib.
Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması məqsədəuyğun olar:
“Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələr qurublar. Lakin təəssüf ki, Azərbaycan televiziyaları nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanır”.
Ə.Həsənovun sözlərinə görə, 4 il öncə Astana görüşündə televiziya sahəsində vahid platformanın yaradılması və inkişaf etdirilməsi müzakirə olunub:
“Təəssüf ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb”.
Prezidentin köməkçisi Türk Şurasına üzv dövlətlərin televiziyaları vasitəsilə Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasının vacib olduğunu söyləyib:
“Azərbaycanın Dağlıq Qarabağ kimi problemi, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlər də televiziya vasitəsilə Azərbaycan həqiqətlərini türk qardaşlarımıza çatdırsın”.
Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirinin müavini Murad Azərxanov da çıxışında şuraya üzv dövlətlərlə birlikdə qarşılıqlı əlaqələrin qurulmasını dəstəklədiyini bildirib:
“Biz bədii və sənədli filmlərin çəkilişini həyata keçirmək istəyirik, sadəcə olaraq, Azərbaycanda daha çox hansı mövzulu filmlərə tələbatın olduğunu bilmək istəyirik. Düşünürük ki, bu istiqamətdə Azərbaycan televiziyaları da bizə yardımçı olacaq”.



Əli Həsənov: "Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var"
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başladı
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Türk Şurasının adı dəyişdirildi - Bundan sonra belə adlanacaq
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
Türk Şurasının adı dəyişdiriləcək: Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
Prezident seçkilərində KİV-in rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilir
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Çavuşoğlu Azərbaycana gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 