Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib. ONN media xəbər verir ki. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, azərbaycanlı kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Xalqımız qətiyyətlə əmindir ki, ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir. https://www.youtube.com/watch?v=WayaTThphVA
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi



Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident və xanımı Fəxri xiyabanda
İlham Əliyev və xanımı ulu öndərin məzarını ziyarət ediblər
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 