Mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində iki nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, Azərbaycan Vətən Müharibəsinin iki veteranına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş üç nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən ONN media -ya bildirilib ki, mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicəsi təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub.
V. Talıbov isə sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısının göstərildiyi bildirib. Qeyd edib ki, müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir. Sonra Naxçıvan Ali Məclisinin sədri avtomobillərin açarlarını təqdim edib.Müharibə veteranlarına avtomobillər təqdim olundu



Naxçıvana yeni TƏYİNAT OLUB
Naxçıvana yeni baş nazir təyin olundu
Vasif Talıbov Zakari Qrosla görüşdü
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Baş nazir vəzifəsindən azad edildi
Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir
Bu gün bütün gözlər Naxçıvandadır
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Yavər Hacıyev direktor təyin olundu - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 