Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir. ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib. “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik. ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.
Rusiyadan Qarabağ açıqlaması



Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
"Qış yuxusu"nda ayılan Makrondan Qarabağ açıqlaması
Rusiya XİN: Qarabağ münaqişəsi ilə bağlı görüş planlaşdırılır
Mnatsakanyanın həmsədrlərlə Cenevrə görüşü başladı
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 