"Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq”.
ONN media bildirir ki, bunu NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının 25 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin rəsmi dərgisində dərc olunan NATO-nun Baş katibi Yens Stoltenberqin məqaləsində bildirilir.
“Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq və bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsini səbirsizliklə gözləyirik. Ötən 25 il ərzində Azərbaycan bizim daima genişlənən şəbəkəmizdə ən fəal və etibarlı tərəfdaşlardan olub. Biz qurduğumuz münasibətlərlə, birgə səylərlə nail olduqlarımızla fəxr edirik”, - deyə qeyd edən müəllif Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanmasının NATO üçün əhəmiyyətli olduğunu da bildirilir.
“Biz münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsip və normaları əsasında həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edirik”, - deyə vurğulayan NATO baş katibi aşağıdakı fikri diqqətə çatdırıb: “NATO-nun yeni üzvləri salamlayaraq konstruktiv tərəfdaşlıq qurduğuna görə ötən on illər ərzində təhlükəsizlik məsələlərini təkcə Alyansın daxilində baş verənlər çərçivəsində yox, həm də Avro-Atlantik qonşuluğunun daha geniş kontekstində dəyərlədirməyin əhəmiyyətini dərk etmişik”.(ölkə.az)
"Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması NATO üçün əhəmiyyətlidir"



SON DƏQİQƏ: NATO Azərbaycana təşəkkür etdi
XİN rəsmi məlumat yaydı
NATO təmsilçisi Zakir Həsənovla görüşdü: “Qətiyyətli dəstək” üçün minnətdarlıq
Çavuşoğlu Stoltenberqlə görüşdü
Müdafiə naziri NATO-nun toplantısında iştirak etdi
XİN-dən Azərbaycanın NATO ilə əməkdaşlığa dair - Bəyanat
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
Azərbaycan Stoltenberqə təşəkkür etdi
NATO-nun yeni baş katibi qadın ola bilər
Azərbaycan NATO üçün hava dəhlizini bağlayır?
Zakir Həsənov NATO generalı ilə görüşdü
ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 