Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil. ONN media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. "Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır. Bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO Baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və Baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib. Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızan məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır. Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir", - XİN rəsmisi vurğulayıb.
Azərbaycan NATO üçün hava dəhlizini bağlayır?



NATO Kiyevdəki ofisini bağlayır
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
"Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması NATO üçün əhəmiyyətlidir"
NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər
NATO da İrəvandan ÜZ DÖNDƏRDİ: "Qəbuledilməzdir..."
NATO-da fövqəladə iclas - Ağ Evdən açıqlama
NATO baş katibi Türkiyəyə gedir
NATO-dan sanksiya açıqlaması
Türkiyə NATO-nu tərk etdi - Belçikada KRİTİK QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 