Bakıda mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final matçı ərəfəsində yaranan səs-küy erməni təbliğatının Azərbaycan əleyhinə yönəlmiş məqsədyönlü antiazərbaycan aksiyası deyil, faktiki olaraq bütün dünya futboluna qarşıdır.
ONN media xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Oleq Kuznetsov UEFA Avropa Liqası finalının mayın 29-da Bakıda keçirilməsi ilə bağlı Böyük Britaniyanın şərhinə, həmçinin finalın keçirilməsi üçün Bakının seçilməsinə görə UEFA-nı tənqid edən "Liverpul"un baş məşqçisi Yurgen Kloppun fikirlərinə münasibət bildirərkən deyib.
Kuznetsov bildirib ki, İrəvanda siyasət və idmanı bir-birinə qatmaqla hansısa Mxitaryana görə UEFA ilə münasibətləri pozacaq qədər axmaq deyillər.
"Unutmaq olmaz ki, bu gün idman biznes deməkdir. Avropa Liqasının finalı böyük biznesdir, peşəkar futbol bütövlükdə - çox böyük biznesdir. Bu məsələdə hər şey siyasətə görə deyil. Burda çox böyük pullardan söhbət gedir", - ekspert bildirib.
Rus politoloqun sözlərinə görə, bu, bir stəkan sudakı fırtınanı britaniyalı azarkeşlərin Bakıya gəlməkdə çətinlik yaşayacağını və onların hər birinin yalnız yol üçün 2700 avro sərf edəcəyini bildirən məşqçi Yurgen Klopp başladıb.
"Bakıya gələcək komandaların heyətində yer alan oyunçulardan biri olan erməni futbolçuya gəldikdə isə gəlin ədalətli olar - Mxitaryan "Arsenal" üçün heç də ən vacib oyunçulardan sayılmır. Geniş heyətin tərkibində onun final qarşılaşmasında meydana çıxıb-çıxmaması problem olmayacaq. Əlbəttə, Bakıda tribunaların onu daimi olaraq fitə basması xoşagəlməz olacaq. Əslində belə də olacaq, ancaq bu, sizin ölkənizin dövlət siyasətinin nəticəsi deyil, azərbaycanlılar və ermənilər arasında ermənilərin özləri tərəfindən uzun müddətdir ki, azərbaycanlılara qarşı tətbiq olunan bir əsrin antaqonizminin nəticəsi olacaqdır", - Kuznetsov bildirib.
Politoloq həmçinin Azərbaycan XİN və AFFA-nın göstərdiyi yüksək peşəkarlıq və operativliyə də diqqət çəkib.
"Sizin müvafiq strukturlarınız bu mövzunun süni şəkildə yaradılan və şişirdilmiş siyasi aspektini kəsmək üçün vaxtında və dəqiq reaksiya verdi. Mxitaryan Azərbaycana gəlmək üçün viza əldə edəcək, onu şəxsən klubun mühafizəsi ilə yanaşı, xüsusi xidmət orqanları da qoruyacaq. Odur ki, futbolçunun başına heç bir şey gəlməyəcək. Bütün bunları UEFA da çox gözəl başa düşür, əks halda liqanın finalının Azərbaycan paytaxtında keçirilməsi üçün icazə verməzdi. Yurgen Klopp iradlarını səsləndirdikdə və qalmaqal böyüyəndə erməni təbliğatçıları lap əvvəldən heç bir nəticə əldə etməyəcəklərini çox yaxşı başa düşməklərinə baxmayaraq, bununla 20 qəpiklik şöhrət və uğur qazanmağa qərar verdilər", - ekspert qeyd edib.
Onun sözlərinə görə, böyük pulların yenidən bölüşdürülməsi mövzusunda, xüsusən futbol kimi ictimai sahədə siyasi xallar qazanmaq mümkün deyil.
"Bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin çox gözəl şəkildə ifadə etdiyi kimi, İrəvanda Yurgen Kloppun "kişnəməsinə" qərar verdilər, ancaq həmişə olduğu kimi özlərini gülünc vəziyyətə saldılar", - ekspert fikrini tamamlayıb.axar.az



"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq
Avropa Liqasının finalına bilet varmı?
Madrid Bakıya uduzdu - FOTO
UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
Məşhur erməni futbolçu Bakıya gələcək?
UEFA Avropa Liqasının final görüşünün stadionu MƏLUM OLDU
UEFA-dan Qarabağla bağlı paylaşım
İlham Əliyevdən UEFA-2020 ilə bağlı - QƏRAR
"Qarabağ”ın rəqibi bəlli oldu
Putin UEFA-nı hədələdi: "Final başqa ölkəyə verilsə..."
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 