Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu zamanı hər iki komandanın yerli və xarici azarkeşlərinin dəstək aksiyası üçün xüsusi yerlər ayrılıb. Bu barədə ONN media-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib. Meriya sözçüsü qeyd edib ki, bunun üçün şəhərin mərkəzi hissəsində azarkeşlərə 3 ərazi təqdim edilib: "Çelsi" komandasının əcnəbi azarkeşləri üçün Sahil bağında, "Arsenal"ın xarici azarkeşləri üçün isə Qış Bulvarında xüsusi ərazi ayrılıb. Hər iki komandaya azarkeşlik edən yerli sakinlər üçün isə Dənizkənarı Milli Parkda yer nəzərdə tutulub". İ.Kərimov bildirib ki, həmin ərazilərdə AFFA tərəfindən xüsusi monitorlar və digər avadanlıqlar quraşdırılacaq. Azarkeşlərin şəhərdə futbolu canlı izləmək şansları da olacaq. Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reyslərlə gətiriləcək. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb. Qeyd edək ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı



"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Avropa Liqasının finalına bilet varmı?
Avroliqanın finalına nə qədər bilet satılıb? - RƏSMİ
DİQQƏT - Bu yollar bağlanacaq
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
Bakıya gələn azarkeşlər nələr danışdı?
Bakı küçələrinə süvari polislər çıxarıldı
Bakı finalının açılış mərasimindən FOTOLAR
Kuboka “Çelsi” sahib oldu - Yenilənib
"Qarabağ" azarkeşləri hücuma məruz qaldı
DİN-dən əhaliyə VACİB MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 