2019-cu ili başa vurmaq üçün 3 ədəd Yer kürəsinə ehtiyac var.
ONN media xəbər verir ki, Dünya Təbiəti Mühafizə Fondu və Qlobal Ayaq İzi Şəbəkəsinin hazırladığı hesabatda dünya əhalisinin təbiətdəki resursları sürətlə istehlak etdiyi bildirilib.
Avropa İttifaqı ölkələrində istehlakın sürətləndiyini diqqət çəkən sənəddə qeyd edilib ki, dünya əhalisi bu il üçün nəzərdə tutulan resursların hamısını mayın 10-da istehlak edib.
Hesabata görə, 2019-cu ili başa vurmaq üçün təxminən 2.8 ədəd dünyanın ehtiyatına ehtiyac var. Hesabatda avropalıların dünya ehtiyatlarını daha çox istehlak etdiyi bildirilib.
Təbiəti Mühafizə Fondunun mütəxəssisi Yörg-Andreas Krüger qeyd edir ki, avropalılar sanki bir yox, 3 Yer kürəsi varmış kimi yaşayırlar: “Dünya bizim ayaqlarımızın altında inildəyir”.
Fond məsələ ilə əlaqədar tədbirlər planı hazırlamaq üçün Avropa Parlamentinə müraciət edib.
Alimlərə görə, təbii sərvətlərə yönəlik ən böyük təhdid iqlim dəyişikliyinə səbəb olan istixana effektinin yüksəlməsidir.
Hesabata görə, Avropa İttifaqında təbii sərvətləri sürətlə istehlak edən ən başlıca ölkə Lüksenburqdur. Bu ölkə 2019-cu il üçün nəzərdə tutulmuş “istehlak səbəti”ni fevralın 16-da tamamilə yeyərək bitirib. Almaniya isə mayın 3-də bu il üçün nəzərdə tutulmuş ehtiyatı istehlak edib.teleqraf.com



Dünya əhalisinin sayı 11 milyarda çatacaq
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
Fizuli Məmmədov təqdirəlayiq addım
Dünya çempionumuz evləndi - FOTO
Dünya əhalisinin sayı nə qədərdir?
Dünya BU TARİXDƏ cəhənnəmə çevriləcək - HESABAT
Çinin koronavirus planının ÜSTÜ AÇILDI: Milyonlarla insanın...
FHN əməkdaşı dünya rekordu qırdı
Tereza Meyin bu təklifi rədd edildi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 