ONN media xəbər verir ki, "WhatsApp"da aşkar edilmiş ciddi boşluq hakerlərə istifadəçiləri izləmək üçün telefonlara zərərverici proqram təminatı quraşdırmağa imkan verib.
Təhlükəsizlik sistemində sözügedən boşluq təxminən 10 gün əvvəl şirkətin mütəxəssisləri tərəfindən aşkar edilib. Bundan sonra şirkət bu barədə ABŞ-ın hüquq-mühafizə orqanları və təhlükəsizlik üzrə ekspertlərə məlumat verib.
Hücumun mahiyyəti aşağıdakı kimi olub: istifadəçinin telefonuna səsli zəng göndərilib. İstifadəçi zəngi qəbul etmədiyi halda belə qurbanın telefonuna smartfonun kamerası və mikrofonunun köməyi ilə cihaz sahibinin hərəkətini izləməyə imkan verən zərərverici proqram quraşdırılıb. Həmçinin zəng haqqında informasiya qurğunun yaddaşından silinə bilərdi. Bu haqda messencerdə aşkar edilmiş boşluq barədə ilk məlumat yaymış Britaniyanın "Financial Times" dərgisi yazır.
"WhatsApp" sözügedən boşluğu aradan qaldırıb və bütün istifadəçilərə messencerin son versiyasını yükləməyi tövsiyə edib.



“Telegram” və “WhatsApp”da yeni boşluq aşkar edildi
Bu şirkətin noutbuklarında klaviatura casusu aşkarlandı
“iOS” və “Android” sistemləri üçün virus aşkar edildi
"Android" sistemində təhlükəli boşluq aşkar edildi
“WhatsApp”da boşluq aradan qaldırıldı
Whatsapp istifadəçilərinə BƏD XƏBƏR
“Whatsapp”dan YENİLİK
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
"WhatsApp"da başqasının mesajlarını oxumağın YOLUNU TAPDILAR
"Whatsapp"dan daha bir yenilik
"Telegram" və "WhatsApp" istifadəçiləri - DİQQƏTLİ OLUN
Whatsapp-da başqasının mesajını necə oxumaq olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 