"HP Inc." şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya təhlükəsizliyi üzrə müstəqil mütəxəssis Maykl Minq məlumat verib.
Mütəxəssis "SynTP.sys" adlı faylda keyloqerin mövcudluğunu aşkar edib. Kod klaviatura düyməsinə toxunuşlar haqda məlumatları yadda saxlayır.
ONNmedia ICTnews-a istinadən bildirir ki, keyloqer - bu, klaviaturanın klavişlərinə bütün toxunuşları qeydə alan proqramdır. Bu proqram, həmçinin parolları da qeydə alır. Bütün bu informasiya sərt diskdə jurnal faylına qeyd edilir və yazılır.
Bu funksionallıq "HP" noutbuklarında başlanğıc ayar kimi aktiv deyil. Lakin onun aktivləşdirilməsi sadə əməliyyat (Windows-un sistem reyestrinə iki açar daxil etmək) tələb edir və hakerlər zərərverici proqram təminatının köməyi ilə bunu məsafədən edə bilərlər. Sözügedən boşluq klaviaturanın düymələrinə istifadəçi toxunuşlarını izləməyə və fərdi məlumatları oğurlamağa imkan verir.
"HP Inc." şirkətindən bildirilib ki, bu funksiya drayveri sazlamaq üçün hazırlanmışdı və son versiyada unudularaq saxlanılıb. Şirkət üzr istəyib və bu boşluğu aradan qaldıran proqram yeniləməsi çıxarmağa hazırlaşır.(Milli.az)



“WhatsApp” messencerində problem
“iOS” və “Android” sistemləri üçün virus aşkar edildi
Microsoft, Office və Emoji-li klaviatura buraxdı
DİQQƏT: “Windows” sistemində silinməyən virus tapıldı
“Telegram” və “WhatsApp”da yeni boşluq aşkar edildi
Klaviaturada az adamın bildiyi 12 SİRLİ DÜYMƏ
"Microsoft"da inqilabi dəyişklik
"Telegram" və "WhatsApp" istifadəçiləri - DİQQƏTLİ OLUN
“Facebook” messenceri vasitəsilə yeni virus yayılır
“Windows” üçün təhlükəli virus yayılıb
XDMX-dən xəbərdarlıq: Bu saytlar zərərverici yayır
Avtomobil Yolları İnformasiya Sistemi yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 