Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayıb. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir. ONN media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sinif otağının döşəməsindən yuxarı qalxan tülkü partaların arasında rahatca gəzir. Belə ki, tülkü Seyidbazar kənd tam orta məktəbinin 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur. Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb. Vəhşi heyvanın balaları dərs prosesinə mane olmasa da, məktəbdə dərs bitəndə həyətə çıxıb oynayırlar. Artıq tülkünün balalarını yemləmək üçün ətraf evlərdəki təsərrüfatlara hücum etdiyi də bildirilir. Məktəbin rəhbərliyi bildirib ki, tülkülər məktəbin zirzəmisindən kənarlaşdırılacaq.
Cəlilabadda məktəbdə GÖRÜN NƏ BAŞ VERİR - Video



Sinif rəhbərləri hər gün məktəbə gedəcək? - Rəsmi açıqlama
Direktor və müəllim arasında mübahisənin təfərrüatı açıqlanıb
Dərsdə donan şagirdlərlə bağlı nazirlikdən - Açıqlama
Ucarda məktəbin tavanı dərs zamanı uçdu
SON DƏQİQƏ! - Məktəbin tavanı dərs zamanı çökdü
DƏHŞƏTLİ OLAY- Məktəbi bağlayıb getdilər, nəticədə isə...
Bakıda bu məktəb sökülür
Azərbaycanda müəllim dərs zamanı QƏFİL ÖLDÜ
Bakıda müəllim dərs zamanı dünyasını dəyişib
Azərbaycanda şagird dərs zamanı VƏFAT ETDİ
Müəllimi döyən direktordan ŞOK AÇIQLAMA
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 