Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.
ONN media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.
Bu dəyişikliklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin statusundan və səviyyələrindən asılı olaraq fərqləndirilib.
Məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib.
Qanuna dəyişiklik səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.



Azərbaycanda uşaq bağçaları ilə bağlı xəbər var
Məktəblərdə nəzarətin güclənməsi üçün yeni tələb
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
Baş nazirdən ali təhsil müəssisələri barədə MÜHÜM QƏRAR
İlham Əliyev müəllimlərlə bağlı fərman imzaladı
Magistratura ilə bağlı bu qayda sentyabrdan qüvvəyə minir
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Məktəblərin bağlanmasına nazir müşavirindən - MÜNASİBƏT
Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Əlaçılar ali məktəbə imtahansız qəbul ola bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 