Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir. Nazirlikdən verilən məlumata görə, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır: · Video bağlantı vasitəsilə məsafədən təhsil vermə; · Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə; · Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi; · Böyük həcmli materialların yerləşdirilməsi; · Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması; · Qiymətləndirmənin aparılması alətlərindən istifadə; · Qrup işinin təşkili. “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir. Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF



Məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyindən imtahanlarla bağlı AÇIQLAMA
Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama
SON DƏQİQƏ: Azərbaycanda bu tarixdən məktəblər bağlanır
Qapanmalar universitetlərə də aiddir? – RƏSMİ
Azərbaycanda əyani dərslərlə bağlı QƏRAR VERİLDİ
COP29 zamanı məktəblər bağlanacaq - Baş nazirdən QƏRAR
Təhsil Nazirliyindən özəl məktəblərə MÜHÜM XƏBƏRDARLIQ
Azərbaycanda təhsillə bağlı QƏRAR VERİLDİ
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Təhsil Nazirliyindən müəlimlərin fəaliyyəti ilə bağlı MÜHÜM QƏRAR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 