Xalq artisti Afaq Bəşirqızı çətin keçən uşaqlıq illərində aclığa dözməyərək pul oğurladığını etiraf edib. ONN media xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı AzTV-nin “Ağ-qara” verilişində Kamran Ağabalayein suallarını cavablandırıb. Aparıcının “Ac uşağa görə oğurluq edərsinizmi?” sualına sənətçinin verdiyi cavab hər kəsi təəccübləndirib və məyus edib. Göz yaşlarına hakim ola bilməyən aktrisa hadisəni belə danışıb: “Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa-çörəklə gəlirdi. Mən də uşaqlıqda kolbasanı çox sevirdim. Biz o vaxt “Almaz” qızıl mağazasının yanında yaşayırdıq. Atam (Bəşir Səfəroğlu - N.İ) xəstəydi, Mərkəzi Klinikada yatırdı. Evimizə tez-tez analığımın qohumu gəlib-gedirdi, adı Zivər idi. Mən Zivər xanımın çantasından 5 manat götürdüm, getdim mağazadan kolbasa aldım, doğratdırdım və onu gətirib atamın kitab şkafında gizlətdim. Bir gün o kolbasadan yedim, səhərisi göm-göy göyərmişdi, iylənmişdi. Vaxt keçdi, mən Afaq oldum. Bir gün eşitmişdim ki, Zivər xanım satıcı işləyir. Zivər xanımın yanına getdim. Əvvəlcə məni tanımadı, sonradan yadına düşdü, artıq o da yaşlanmışdı. Dedim ki, Zivər xanım, uşaq olanda sənin çantandan 5 manat götürmüşdüm və dedim ki, indi o pulu sizə qaytarmağa, əvəzini çıxmağa gəlmişəm. Dedi ki, Afaq, onu bilmişdim və sənə də halal eləmişdim. Yəni sözümün canı budur ki, aclığıma dözə bilməmişəmsə, başqa uşağın aclığına heç dözə bilmərəm. Bütün uşaqlar üçün istənilən riskə getməyə razıyam”.(publika)
Afaq Bəşirqızından ŞOK ETİRAF: 5 manat oğurladım ki...



Afaq Bəşirqızı əməliyyat olundu
Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı
Elgiz Xalq artistini müdafiə etdi
Afaq Bəşirqızından cəbhə bölgəsinin sakinlərinə MÜRACİƏT - EKSKLÜZİV VİDEO
Afaq Bəşirqızından “Xocalı laylası” - VİDEO
Afaq Bəşirqızından ÜZÜCÜ XƏBƏR
Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı
Afaq Bəşirqızından oğlunun boşanma xəbərinə REAKSİYA
Afaq Aslan bunları İLK DƏFƏ ETİRAF ETDİ: “Putinlə…” – VİDEO
Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir – Açıqlama
“Afaq belə ərə getməkdənsə..."- Əli Mirəliyev
Afaq geyim dərsi keçdi: "Nə olar Damla, imicmeyker tap..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 