Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər: “Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq. Bu gözəl şəxsiyyəti Milli Məclisdə Zeynəb Xanlarovanın əvəzinə görmək istərdinizmi?” – deyə onların paylaşdığı mətndə qeyd olunub. Kampaniyaya azərbaycanlı məşhurlar da qoşulub. Aktrisanı deputat kimi görmək istəyənlər arasında qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva, Əməkdar artistlər Elza Seyidcahan və Vasif Məhərrəmli də olub. Məsələ ilə bağlı Kult.az-a danışan A.Bəşirqızı hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib: “Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm”. Xatırladaq ki, mart ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Afaq Bəşirqızı Prezidentə aktyorların çətin həyat şəraitindən danışaraq onların maaşının qaldırılmasını xahiş etmişdi. Milli Məclisin deputatı Zeynəb Xanlarova isə sözügedən tədbirdə “yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın” deyə fikirlərini bildirmişdi. Bu isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmişdu.
Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir – Açıqlama



Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı
Elgiz Xalq artistini müdafiə etdi
Zeynəb Xanlarovanın ölüm xəbərini kim yayıb?
Zeynəb Xanlarovanın konserti təxirə düşdü
Afaq Bəşirqızından ÜZÜCÜ XƏBƏR
Anar Kərimov Xalq artisti Afaq Bəşirqızını təbrik etdi
Bu gün Zeynəb Xanlarovanın doğum günüdür
Nazir Afaq Bəşirqızının gəlininə VƏZİFƏ VERDİ
Afaq Bəşirqızından oğlunun boşanma xəbərinə REAKSİYA
Afaq Bəşirqızının oğluna yüksək VƏZİFƏ VERİLDİ
Zeynəb Xanlarova ABŞ-da öz adına xeyriyyə fondu açdı
Gülbahar Şükürlü dəfn edildi
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 