Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 19-da 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanı zamanı Mingəçevir şəhərində bir nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.
ONN media xəbər verir ki, bu barədə məlumat DİM-dən verilib. Cəhdin qarşısı buraxılış rejimi əməkdaşları tərəfindən alınıb, məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilib.
DİM-dən verilən məlumata görə, imtahana gecikmə halları bu imtahanda da baş verib: "Yeni qaydalara görə, abituriyent 10:45-ə qədər imtahanın keçirildiyi binaya gəlməlidir. Gecikənlərlə bağlı müraciətlər oldu. Onların müraciətini təmin edə bilmədik.
Hər dəfə edilən xəbərdarlıqlara baxmayaraq, sənədlərin çatışmazlığı ilə bağlı çoxlu müraciətlər oldu. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ilə imtahana gələnlər oldu. Belə abituriyentlərin də imtahanda iştirak etmək tələbi təmin olunmayıb”.
DİM-dən sağlamlıq imkanları məhdud abituriyentlərlə bağlı da açıqlama verilib. Qeyd olunub ki, bu cür abituriyentlərlə bağlı DİM tərəfindən xüsusi şərait yaradılır: "Sağlamlıq imkanları məhdud abituriyentlər onlara yaradılan şəraitdən ən yüksək şəkildə yararlanmaq üçün bir həftə, 10 gün əvvəldən ərizə ilə müraciət etməlidirlər. Bu halda onların vəziyyəti, sənədləri yoxlanılır. Ehtiyac olduqda sualların oxunması və yaxud cavab kartında cavabların qaralanmasına nəzarətçi yardım edir. Bununla bağlı ayrıca nəzarətçi bazası var və həmin nəzarətçilərə təlimlər keçirilir. Bu imtahanda 19 belə abituriyent var idi və onlar üçün imtahan uğurla başa çatıb. Bəzən valideynlər imtahan getdiyi dövrdə bizə nəzarətçi tələbi ilə bağlı müraciət edir ki, həmin vaxt bunu təmin etmək mümkün olmaya bilir. Ona görə əvvəlcədən müraciət etmək lazımdır”.
DİM-dən mayın 12-də keçirilən imtahanla bağlı da məlumat verilib. Qeyd olunub ki, ciddi problemlərdən biri də imtahan həyəcanının idarə edilməsi ilə bağlıdır. Həyəcanlananların halı pisləşir və onlar həkim briqadasına müraciət etməli olurlar.
Mayın 12-də keçirilən qəbul imtahanında belə abituriyentlərin sayı 38 nəfər, qaydaları pozduqları üçün imtahan nəticəsi ləğv olunanların sayı 11 nəfər olub. Sənədlərdə müəyyən çatışmazlıqla bağlı imtahan qərargahına 14 müraciət edilib. Dəqiqləşdirmələrdən sonra onların imtahanda iştirakına icazə verilib. Təlimatda nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə 4 nəfər nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb”.



Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər - DİM-dən ÖZƏL AÇIQLAMA
Abituriyentlərin DİQQƏTİNƏ!- Şərtlər açıqlandı
Abituriyentlərin DİQQƏTİNƏ- sınaq imtahanı keçiriləcək
İlk sınaq imtahanının tarixi bəlli oldu
Bu abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar –RƏSMİ
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
İmtahana telefon keçirmək istəyən abituriyentlər qovuldu
DİM sınaq imtahanı keçirəcək
Buraxılış imtahanında iştirak etməyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 