Quba və Qusar rayonlarında güclü gülək fəsadlar yaradıb. ONN media xəbər verir ki, bu gün günün ikinci yarısından başlayaraq Şimal bölgəsində güclü külək əsməyə başlayıb. Quba və Qusar rayonlarında bir neçə saat davam edən gülək dağıntılar törədib. Qubada avtomobilin üzərinə irigövdəli ağac aşıb. Quba-Xaçmaz yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb. Qusar rayonunda isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb. Yaranmış vəziyyətlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları damı uçan məktəbin yerləşdiyi əraziyə gedib. Dəymiş ziyanla bağlı Quba və Qusar rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası tərəfindən araşdırma aparılır. Qusarda külək, qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb. Eyni zamanda Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.(report)
Güclü külək bu rayonlarda dağıntılar törətdi



Güclü küləyin yaratdığı QORXUNC MƏNZƏRƏ - FOTOLAR
Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi
Lənkəranda güclü külək fəsad törədib
Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib - FOTO
Dolu və külək bu rayonda təsərrüfata ziyan vurdu
Güclü külək Gəncədə və ətraf rayonlarda fəsadlar yaratdı
Güclü külək 22 ağacı aşırdı: AVTOMOBİLLƏR ƏZİLDİ - YARALI VAR
Gəncədə güclü külək fəsad törətdi
Daşkəsəndə güclü külək fəsadlar törətdi
Mingəçevirdə güclü külək nəticəsində ölən və xəsarət alanlar olub
Güclü külək fəsad törətdi - 3 avtomobil...
Bu ərazilərdə yollar buz bağlad
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 