“Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir”.
ONN media xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alır.
Məktubda daha sonra deyilir: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.
Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.
Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.
Xatırladaq ki, Tramp 28 May - Respublika Günü münasibətilə də İlham Əliyevə təbrik məktubu ünvanlamışdı.



Tramp və Əliyev bu məsələləri müzakirə etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti İlham Əliyevə məktub göndərdi
Bayden İlham Əliyevə məktub ünvanlayıb
Antoni Blinken Azərbaycan xalqını təbrik edib
ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
Co Bayden İlham Əliyevi təbrik etdi
Tramp İlham Əliyevi təbrik etdi
Cozef Bayden İlham Əliyevi təbrik etdi
İlham Əliyev Türkmənistanlı həmkarını təbrik edib
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir
Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 