"Biz 200 il əvvəl Azərbaycana məxsus olmuş ərazini tələb etmirik".
ONN media xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib: "Düzdür, Fransa ATƏT-in Minsk Qrupunda Avropa İttifaqını təmsil etmir. Amma son 2 ildə Avropa İttifaqı 5 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanıyıb. Düşünürəm ki, Fransanın da münasibəti bundan fərqli deyil". C. Feyziyev bildirib ki, Avropada bu münaqişəyə fərqli münasibət yoxdur: "Sadəcə, Avropada erməni lobbisi və ayrı-ayrı fərqli mövqedə olan qruplar var.
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bir sıra Almaniya və Fransa şirkətləri 25 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan yüksək səviyyədə beynəlxalq əməkdaşlıq həyata keçirir. Azərbaycan yeni münasibəti Avropa İttifaqından gözləyir. Azərbaycan əraziləri işğal altındadır və hücuma məruz qalır. Avropa İttifaqı məsələyə kifayət qədər ədalətli yanaşmalıdır. Biz 200 il əvvəl Azərbaycana məxsus olmuş ərazini tələb etmirik. 200 il əvvəl İraqın, Suriyanın şimalı Azərbaycan ərazisi idi. İndi müasir Azərbaycanın ərazisi var və bütün bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra hazırkı sərhədləri qəbul edib. Biz həmin sərhədlərin qəbul edilməsini istəyirik. Biz Avropanın Dağlıq Qarabağ münaqişəsinə həllində ədalətli mövqe tutmasını istəyirik. Münaqişə səbəbindən Cənubi Qafqazda hazırda ən pis durumda olan ölkə Ermənistandır. Çünki münaqişə səbəbindən Ermənistana böyük sərmayələr qoyulmur.
Biz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etməsini istəyirik. Eyni zamanda bu axşam sizə yaxşı futbol matçı izləməyi arzu edirəm". Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Emerik Şopard Azərbaycanın həqiqətən tolerant ölkə olduğunu vurğulayıb: "Biz həmçinin Qarabağ münaqişəsinin həllinə dəstək verməliyik. Mən tarixçiyəm, Azərbaycan çox maraqlı tarixə malikdir. Biz sizdən çox şey öyrənməliyik".olaylar.az



Milli Məclisdən Fransa Milli Assambleyasına ETİRAZ
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
Azərbaycan Prezidenti Donald Tuskla görüşdü
Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq
İlham Əliyev fransalı müşavirlə görüşdü
Avropa İttifaqından seçki BƏYANATI
Prezident: Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir
Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Avropa Parlamentindən etiraf: "Azərbaycana qarşı ədalətsiz davranırıq"
Tramp: "Avropa İttifaqı ABŞ-ın rəqibinə çevrildi"
Azərbaycanın Fransadakı səfiri geri çağırılacaq?
Federika Mogerini :"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 