Avropa Parlamentinin Çexiyadan millət vəkili Yan Zaxradil bildirib ki, Azərbaycan ədalətsiz davranılan ölkələrdəndir.
ONN media xəbər verir ki, millət vəkili bu fikri iclas vaxtı söyləyib. Avropa Parlamentində keçirilən iclasda beynəlxalq ticarət komitəsi Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli layihəni müzakirəyə çıxarıb.
Yan Zaxradil müzakirələr zamanı deyib: "Gəlin, etiraf edək, həqiqəti söyləyək. Azərbaycana qarşı ədalətsiz davranmışıq. Azərbaycana qarşı həmişə ədalətlə davranmamışıq".
Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının bir çox məsələlərdə strateji partnyorudur. Bu səbəbdən hərtərəfli müqaviləni dəstəkləmək lazımdır. Bununla yanaşı Yan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşadığı çətin vəziyyəti də dilə gətirib.
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq və partnyorluq müqaviləsi 1996-cı ilin aprel ayında Lüksemburqda imzalanıb. Sənəd 1999-cu ildə qüvvəyə minib və ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, siyasət və mədəniyyət sahələrini əhatə edir.



Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
İlham Əliyev: Azərbaycanla Avropa İttifaqı arasında fəal dialoq mövcuddur
Donald Tusk Azərbaycana gəlir
İlham Əliyev Şarl Mişelə məktub göndərib
Azərbaycan Prezidenti Donald Tuskla görüşdü
Aİ ilə əməkdaşlığa mane olan yeganə amil… – Şərh
Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Fransalı deputat: "Qarabağ münaqişəsinin həllinə dəstək verməliyik"
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 