Azərbaycanda 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb. Bu, Turana Tağıyevadır. T.Tağıyeva bildirib ki, bu yaşda belə bir uğur çox qürurvericidir: "Uşaq vaxtı qardaşım və xalam oğlu məktəbə gedəndə ağlayırdım ki, mən də oxumaq istəyirəm. Valideynlərim də bu israrımı görüb məni məktəbə apardı. Məktəbdə məni sorğu-sual etdilər. Dedilər ki, yaşıdlarından və sinifdə olanlardan savadlı, eləcə də yaddaşın yaxşıdır. Nəticədə 4 yaşımda imtahan verərək məktəbə daxil oldum. Məktəbdə əlaçı olmuşam. Hazırda da ali təhsil aldığım Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsini də fərqlənmə diplomu ilə bitirəcəyəm". O, magistraturaya ixtisas seçimi zamanı da məhz BDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisasını seçəcək: "IV kurs tələbəsi olduğumdan hazırda Xarici İşlər Nazirliyində (XİN) praktika keçirəm və elə arzum da burada qalıb işləməkdir". Qeyd edək ki, Turana Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub.(olaylar.az)
Azərbaycanda 18 yaşlı tələbə magistraturaya daxil oldu



BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olundu
Bu gün intihar edən 18 yaşlı Könül 618 bal yığıbmış
Magistraturaya ixtisaslaşma seçimi cədvəli açıqlandı
Magistraturaya və doktoranturaya qəbul imtahanının vaxtı açıqlanıb
Seymur Talıbov 15 yaşında necə tələbə olub?
Bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub - Azərbaycan
1-ci sinfə qəbul necə aparılacaq? - RƏSMİ AÇIQLAMA
Magistraturaya qəbul sadələşdirilir - Nazir
Ölkə birincisi olan tələbə: Bu uğur mənə doğum günü hədiyyəsi oldu
Magistrantların NƏZƏRİNƏ! İxtisaslaşma seçimi başladı
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Bakalavrların qeydiyyatı başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 