Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub. Sumqayıtda yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb. ONN media xəbər verir ki, rayon üzrə ən yüksək balı da bu məktəbin məzunu toplayıb. Belə ki, İldırımova Aydan Vüqar qızı 671 bal toplayaraq Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub.
Ali məktəbə qəbul olan məzunlardan 2 nəfəri 600 baldan yuxarı, 6 nəfəri 500 baldan yuxarı və 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-ci il tədris ili üçün açıqladığı hesabata əsasən, rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə I yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında isə rayonun şagirdləri 3-cü yeri qazanıblar. (apa.az)Bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub - Azərbaycan



Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
Azərbaycanda bir sinifin bütün şagirdləri...- VİDEO
Qarabağdakı ilk məktəblərin ilk məzunları - Neçə nəfər TƏLƏBƏ OLDU...
Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI
Qarabağ universitetinin göstəriciləri açıqlandı
Onlar imtahanlarda maksimum bal toplayıblar - VİDEO
Qəbul imtahanından az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR
DSX-nın Xüsusi Məktəbinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Ali məktəbə bu il sənəd verməyən kollec məzunları üçün ƏLAVƏ QƏBUL elan ediləcək
DİQQƏT- Nəticələr açıqlandı
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Bu məktəbin bir sinifindən BÖYÜK UĞUR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 