Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək. ONN media xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qeyd edib. O bildirib ki, bu il sərnişin axını ötən illə müqayisədə daha çox olacaq: “Bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq, qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın. Əlavə olaraq qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək, biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək, məlumat verəsiniz”. Bakı Beynəlxalq Avtovağzal Kompleksi də (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayramda regionlara gedən vətəndaşlara XƏBƏRDARLIQ



Bayramda avtobusla rayona gedənlərin nəzərinə
Bayram tətilində rayonlara gedənlərə ŞAD XƏBƏR
Yollarla bağlı daha bir XƏBƏRDARLIQ
Bakıda yeni avtovağzal tikilib
Avtobus sürücülərinə müraciət: Sürət həddini aşmayın!
Azərbaycanda 16 avtovağzal bağlana bilər
Əhalinin NƏZƏRİNƏ - Bu gündən etibarən...
Bayrama görə rayonlararası avtobusların sayı artırılacaq
Avtobuslarda gediş haqqı bahalaşacaq? - AÇIQLAMA
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir
Bakıya ancaq bu şəxslər qayıda bilər- RƏSMİ
Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 