Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsü söküləcək və onun yerində yol tikiləcək.
ONN media 1news.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib.
Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır:
“1962-ci ildə "Qaqarin" körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi - Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib”.
Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.
Ekspert əlavə edib ki, ikinci həll yolu körpünü söküb onun yerində yol tikməkdir:
“Hazırda körpünün altından piyadalar keçir, orada avtomobillər saxlanılır. Ərazidə hətta Yol Polisinin cərimə dayanacağı da yerləşir. Yeni layihədə isə piyada keçidi yoxdur, amma körpünün əvəzində altıxətli birtərəfli yol var. Nəzərə alsaq ki, bu yol 150 metrdən sonra Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfora aparır, onun əhəmiyyəti aydın olmur. Altıxətli yol şəhərə nə verəcək? Bu haqda artıq indidən fikirləşmək lazımdır, məsələn, düşünmək ki, piyadalar yolu necə keçəcəklər. Bu şəhərsalma məsələsidir. Yaxınlıqda yerli sakinlər üçün park, Port Baku yerləşir. İnsanlar yolu necə keçib ora gedəcəklər? Bu məsələni öncədən həll etmək lazımdır. Həmçinin orada çoxsəviyyəli dayanacaq tikmək lazımdır”.
Bakıda bu körpü söküləcək



Bakıdakı bu məşhur körpü sökülür
Avqustun 10-dan noyabrın 10-dək... - Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
Avqustun 10-dan noyabrın 10-dək... - Sakinlərin DİQQƏTİNƏ!
Bakıda bu körpü sökülür
Bakıda məşhur körpü sökülür?
Azərbaycanda bir İLK- BU DƏMİR YOLU...
Bakıda dəmir yolu körpüsü sökülür
Dünyanın ən uzun körpüsü istifadəyə verilir
Xəzərin üstündən körpü olacaq?
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Bakıda bu körpü 15 dəqiqə bağlı olacaq
ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 