Xəzər dənizinin üstündən Azərbaycanla Türkmənistanı birləşdirən nəqliyyat körpüsünün inşası mümkündür. ONN media xəbər verir ki, bu təklifi millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. Onun sözlərinə görə, bu layihə bir çoxlarına fantastik görünür: “Amma Çinin “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini aktuallaşdırmaq olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, - deyə millət vəkili əlavə edib. Q.Həsənquliyev həmçinin vurğulayıb ki, Rusiya Transxəzər kəmərlərin çəkilməsinə cəlb edilə bilər: “Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir”.
Xəzərin üstündən körpü olacaq?



Qüdrət Həsənquliyev: “Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfərini gündəmə gətirməliyik”
Qara və Xəzər dənizləri arasında yaşıl körpü qurula bilər
Sərt karantin rejimi uzadılacaq? - 1 həftədən sonra...
Azərbaycanda bir İLK- BU DƏMİR YOLU...
Xəzərin səviyyəsi ən çox bu il düşüb
Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış etdi
2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran
Xəzərin suyu buna görə azalır - Nazirlik səbəbləri açıqladı
Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək
Nazirlikdən SOS: Xəzərin səviyyəsi sürətlə enir
İlham Əliyevin strateji addımları Ermənistanı çıxılmaz vəziyyətə saldı
Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTOLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 