Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, iclasda A.Kərimov və qeyrilərinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndələrinin, vəkilinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, N.Aləmmədzadə və qeyrilərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 hektar torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 26 fevral tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəlləsinin 91-ci və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Ali Məhkəmənin bu qərarı LƏĞV EDİLDİ



Ali Məhkəmənin bu qərarı ləğv edildi
Ali Məhkəmənin qərarı ləğv edildi
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
İpoteka ilə bağlı QƏRAR VERİLDİ
Vərəsəlik hüququ ilə bağlı QƏRAR VERİLDİ
İpoteka ilə bağlı mühüm qərar verildi
Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz - YENİ QƏRAR
Konstitusiya Məhkəməsindən əmək müqaviləsi ilə bağlı MÜHÜM QƏRAR
Gözlər KM- də- Mühüm qərar gözlənilir
Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 