ONN media xəbər verir ki. Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Xidiskuri (Körpü qulağı) kəndində yerləşən evlərdən birinə silahlı basqın olub. Nəticədə 70 yaşlı kişi ölüb, onun 50 yaşlı həyat yoldaşı isə başından güllə yarası alıb. Qadın xəstəxanaya çatdırılıb. Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb. Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev sayta bildirib ki, hadisəyə səbəb qan davası olub. Onun sözlərinə görə, silahlı basqın nəticəsində öldürülən şəxs Şıxəli Camaloğlu, qətli törədən şəxs isə kənd sakini Nizam Qurbanovdur: “Şıxəli Camaloğlu 25 il bundan qabaq Nizam Qurbanovun yaxın qohumunu öldürüb və bu cinayət üstündə 11 il həbs cəzası çəkib. Nizam Qurbanov qətli intiqam məqsədi ilə törədib”. Ə.Babayev vurğulayıb ki, hadisə zamanı boğazından yaralanan Ş.Camaloğlunun həyat yoldaşı xəstəxanada ağır vəziyyətdədir. GAMK sədri qətli törədən N.Qurbanovun hələ saxlanılmadığını qeyd edib. Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…



ABŞ-da iki atışma nəticəsində 10 nəfər yaralanıb, ölən var
Gürcüstanda 19 yaşlı AZƏRBAYCANLI QƏTLƏ YETİRİLDİ
Maskalılar Bakıda “Bazarstore”a silahlı basqın etdi – Yaralılar var
Dəm qazından boğulan ailənin yaxınları da qəzada həlak oldu
Dəhşət- Qadının boğazı kəsildi
Gürcüstanda qətlə yetirilən azərbaycanlıların qohumları intiqam almağa çalışdı və...
Türkiyədə azərbaycanlı qadın güllələnib
Bakıda ailə faciəsi: Qadın öldü, əri isə...
Arvadını parkda başından güllələyən Elvin polisdə nələr danışdı...
Sumqayıtda silahlı insident - Ölən var
Gürcüstanda atışma - ÖLƏN VAR
Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 