Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitab yarmarkalarının təşkilinə qadağa qoyub.
ONN media xəbər verir ki, bu barədə "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, Hər il Nərimanov və Elmlər Akademiyası parklarında təşkil olunan endirimli kitab yarmarkalarına bu il icazə verilməyib. Yerli icra orqanları buna Eldar Əzizovun qadağa qoyduğunu deyiblər:
"Gənclik metrosunun yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi.
Hökumət Evinin yaxınlığında, Kitab Evinin qarşısındakı kitab bazarını da yəqin, xatırlayarsız. Bu yaxınlarda avropalı birinin Bakı ilə bağlı xatirələrində o kitab bazarından böyük həvəslə bəhs etmişdi. İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər.
Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı.
Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. "Əlyazmalar yanmır deyirlər, amma "kitablar unudulur”, lazım gələndə hətta "yandırılır” - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.
...Bu il isə OLMAZ! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir.
Əksinə olmalı deyilmi? Və əslində, biz də əksini gözləyirdik.
Parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapmışıq, nə qədər kitab dostu qazanmışıq. Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir?
Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir...”
Məsələ ilə bağlı BŞİH-nin mövqeyini öyrənmək mümkün olmadı. BakuPost



“Xan xəzinəsi” pulsuz kitab verir - DİQQƏT
General Polad Həşimov haqqında kitab nəşr edildi
Dünyada ən çox oxunan kitab Qurani Kərim oldu
Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
Eldar Əzizov Bakı “mer”inin seçki ilə seçilməsindən danışdı
Ukraynadan Rusiya ilə bağlı QADAĞA
Eldar Əzizov sürüşmə zonasında
Eldar Əzizov təqaüddə olan generala VƏZİFƏ VERDİ
Türkiyə kitab oxumaqda bəzi Avropa ölkəsini geridə qoyub
Kitab oxumağın 6 faydası...
“Baba ocağı” “Kanlı taş” adı ilə nəşr olunub
Bakıda kitab sərgisinin açılışı oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 