Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
ONN media xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Sərginin fəxri qonaq ölkəsi olan Rusiyanın kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrində müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamlarının da sərgidə iştirak edəcəyi gözlənilir.
Eyni zamanda, Türkiyə görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunur.
Sərgi noyabrın 15-nə kimi davam edəcək.



Paytaxtda növbəti kitab sərgisi başlandı
“Teas Press” “Ən yaxşı nəşriyyat” seçildi
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
Sumqayıtda kitab bayramı
Azərbaycan İstanbul kitab sərgisində "Karabakh is Azerbaijan" stendi ilə təmsil olunacaq
Xətai rayonunda kitab bayramı keçirilir
İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açıldı
Bakıda "Çukur”un baş qəhrəmanı ilə GÖRÜŞ KEÇİRİLƏCƏK
“Xan xəzinəsi” pulsuz kitab verir - DİQQƏT
Dünyada ən çox oxunan kitab Qurani Kərim oldu
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 