Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur.
ONN media xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.
Qeyd edilib ki, 20 mart 2020-ci il, Budapeşt, Macarıstan – Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı(OİE) ilə bu virusun potensial daşıyıcıları olan heyvanları aşkar etmək və insanlara yoluxma hallarını azaltmaq üçün üzv ölkələrə kömək məqsədilə sıx əməkdaşlıq edir.
Hazırda koronavirusun epidemiologiyasının öyrənilməsi və heyvanların virus mənbəyi və ya daşıyıcı roluna dair tədqiqatlar aparılır. Lakin hazırda koronavirusun yayılmasının ən yüksək riski virusun insandan insana ötürülməsi ilə bağlıdır. Beləliklə, ÜST epidamiyanın insan sağlamlığı aspektlərinə dair səlahiyyətli orqanı və əsas məlumat mənbəyidir.
FAO davamlı olaraq koronavirusla bağlı dünyada son durum haqda məlumatları izləyir və paylaşır, həmçinin sağlamlığın qorunması üçün vahid yanaşmadan istifadə edərək ÜST və OİE ilə birgə heyvanlarda xəstəliklərin qarşısının alınması, hazırlıq və müəyyən edilməsi üçün tədbirləri əlaqələndirir.Koronavirusun yayılmasında heyvanların (mal-qara və ev heyvanlarının) rolu ilə bağlı heç bir sübut yoxdur və heyvanların həyatını təhlükə altına ata biləcək tədbirlərin görülməsi üçün heç bir əsas yoxdur.Bunun əvəzinə, FAO, müvafiq təcrübəyə uyğun olaraq, vəhşi heyvanlar və onların əti ilə ehtiyatla davranmaq də daxil olmaqla, mal-qara və ev heyvanlarına qulluq etmə və ya qidalandırmadan əvvəl və sonra sadə gigiyena qaydası olan əllərin yuyulmasını təbliğ edir.
Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO rabitə kanalları vasitəsilə gigiyena qaydaları və epidemiya haqda yenilikləri fəal şəkildə təbliğ edir və ictimaiyyətə aşağıdakı mesajları nəzərə almağı tövsiyə edir:
• İtlərin koronavirusun yayılmasında hər hansı rol oynadığına dair heç bir sübut yoxdur. Ümumi bir qayda olaraq, heyvanlara qulluq edərkən, onlarla təmasdan əvvəl və sonra əllərinizi həmişə yuyun.
• İnsanlar xəstə və ya naməlum səbəblərdən ölən vəhşi heyvanların və ya mal-qaranın ətini doğramaq, satmaq, bişirmək və ya istehlak etməkdən çəkinməlidirlər.
• Vəhşi heyvanların çiy əti, həmçinin qanlı, yaxşı bişməmiş yeməklər istehlak edilməməlidir. Bu cür addımlar insanların bir çox infeksiyalara yoluxma riskini artırır.
• Hər hansı bir qeyri-adi xəstəlik və ya heyvan ölümü barədə heyvanların sağlamlığının mühafizəsi orqanlarına məlumat verilməlidir.
Koronavirusun yayılmasının qarşısının alınmasına və nəzarətinə öz töhfəsini vermək üçün FAO heyvanların, insan və ətraf mühitin sağlamlığının qorunması sahəsində mütəxəssisləri birləşdirən sağlamlığın qorunmasına dair vahid səhiyyə yanaşmasından istifadə etməklə bütün fəaliyyətlərin əlaqələndirilməsini tövsiyə edir.(publika.az)



Bu ölkədən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyuldu
DİQQƏT: Çində daha bir epidemiya yayıldı - Minlərlə heyvan tələf oldu
Koronavirus Bakıya gələ bilərmi?
Dünyaya Çindən yeni virus yayılır?
Azərbaycana Çin məhsullarının gətirilməsinə QADAĞA QOYULDU
Koronavirus hansı məhsullardan keçə bilər?
Koronavirusla bağlı qorxunc məlumat
ÜST-dən peyvənd pasportlarına dair QƏRAR
Koronavirus qanla keçə bilərmi?
Koronanın yeni ştammı yayılır - ÜST-dən AÇIQLAMA
ÜST: Heyvanlar da koronavirusa yoluxa bilər
Koronavirus ağcaqanadlar vasitəsilə yoluxa bilər? - Sübut olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 