Rusiyada fəaliyyət göstərən "Coca-Cola", "Danone", "Procter & Gamble" ("P&G"), "Heineken" və digər beynəlxalq şirkətlərin müntəzəm şəkildə ətraf mühit standartlarını pozduğu aşkar edilib. Xarici şirkətlər ekologiya rüsumlarını ödəmir və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etmir. Yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib.
ONN media xəbər verir ki, bu barədə Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin ("Rosprirodnadzor") hesabatında deyilir.
Qeyd olunub ki, istintaqa Dövlət Dumasının Ekologiya və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Nikolay Valuyevin təşəbbüsü ilə başlanılıb. Xarici şirkətlərin tullantıların utilizasiyası üzrə öhdəliklərə əməl etməməsi ekoloji fəlakətə səbəb ola bilər.
Qanuna görə, Rusiyadakı bütün istehsalçılar məhsulların tullantılarının utilizasiyasını təmin etməli, icraat hesabatını isə "Rosprirodnadzor"a təqdim etməlidir.
Ekologiya rüsumu istehsalın həcmindən, məhsulun növündən, ətraf mühit üçün təhlükəlilik səviyyəsindən və utilizasiyanın mürəkkəbliyindən asılıdır. Rüsum ilbəil artır. Hazırda utilizasiyanın maksimum normativi 30% təşkil edir, lakin Rusiya hökuməti bunu 100%-ə çatdırmaq niyyətindədir. Bu, ekoloji rüsumlar hesabına tullantıların utilizasiyası üzrə xərcləri artıracaq – illik 2,2 mlrd. rubldan 136 mlrd. rubladək.(apa)



"Coca Cola" Rusiya bazarını tərk edir
“Coca-Cola” da Rusiyada fəaliyyətini dayandırdı
“Coca Cola”dan YENİLİK
Azərbaycan şirkətini məhkəməyə verildi
Microsoft Coca-Cola ilə beşillik müqavilə imzaladı
Baş nazirdən ETSN işçiləri ilə bağlı QƏRAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb
Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Vəzifəli şəxs cərimələndi
Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib
5 iyun - Ətraf Mühitin Mühafizəsi Günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 