Yaxın üç il ərzində Rusiyada 100-ə yaxın bank bağlana bilər. Onların 1/3-i könüllü – Rusiya Mərkəzi Bankının lisenziyanın ləğv edilməsi haqqında qərarı olmadan bazarı tərk edəcək.
ONN media xəbər verir k, bu barədə "İzvestiya" qəzetinə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) rəhbəri, Rusiya Mərkəzi Bankının sədrinin keçmiş müavini Mixail Suxov deyib.
"Bankların çoxu gəlirliliyini itirir, koronavirus böhranı və faiz endirimi bu tendensiyanı stimullaşdırıb", - deyə M. Suxov bildirib.
Onun sözlərinə görə, bankların səhmdarları və sahibləri özləri də zərərli bir bankın qoruyub-saxlanmasının perspektivsiz bir işin və lisenziyanı təhvil verməyin daha yaxşı olduğunu anlayırlar ki, ölkədəki belə bankların sayı 30-33 ola bilər. Daha 10 və ya bundan çox təşkilat isə konsolidasiyaya gedəcək. Qalanları isə lisenziyalarını ləğv edəcək.
- Suxov bütün hallarda bunların bütövlükdə sektorun etibarlılığı üçün problem yarada bilməyən kiçik bankların olacağını vurğulayıb.
Qeyd edək ki, "Ekspert RA" reytinq agentliyinin bu ilin mart ayında verdiyi proqnoza görə, 2020-ci ildə Rusiyada 38 bank bağlana bilər. 2018-ci ildə ölkədə fəaliyyət göstərən 57 bankın lisenziyası geri çağırılıb.
Xatırladaq ki, bu ilin əvvəlinə Rusiyada fəaliyyət göstərən bankların sayı 442-yə bərabər olub. Bu, 2019-cu illə müqayisədə 42 vahid azdır.(apa)



50-ə yaxın bank Rusiya bazarını tərk edə bilər
"Ləğv edilən bankların əmanətçiləri...." - Elman Rüstəmov
Bu banklar da bağlana bilər — SİYAHI
Bu banklardakı əmanətlərlə bağlı növbəti açıqlama
Hansı banklar bağlana bilər?-DİQQƏTLİ OLUN
Daha bir neçə bank bağlana bilər
Azərbaycanda iki bankın lisenziyası ləğv edildi - SON DƏQİQƏ
Mərkəzi Bank 4 banka “əl qoydu”
Mərkəzi Bankdan TƏCİLİ AÇIQLAMA
Azərbaycanda daha 2 bank bağlandı
Bankların bağlanma səbəbi açıqlandı
Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 