ONN İnformasiya Agentliyi

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
21 Fevral 2018 - 14:24

Xətai rayonu ərazisində sürücü piyadanı vuraraq hadisə yerində qaçıb.

ONN media-nın xəbərinə görə, Həzi Aslanov metrostansiyasının yaxınlığında 51 saylı marşrut avtobusunun sürücüsü yolu keçmək istəyən, 1955-ci il təvəllüdlü Aslanova Gülüş Cəbi qızını vuraraq ərazidən uzaqlaşıb. Yaralı yaxınlıqda yerləşən Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 
Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 264-cü maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən sürücünün axtarışlarına başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png