ONN İnformasiya Agentliyi

Fələstin ABŞ-dakı səfirini geri çağırdı

Fələstin ABŞ-dakı səfirini geri çağırdı
15 May 2018 - 23:48

İsrail tərəfindən işğal edilmiş Qüdsdə səfirliyini açan ABŞ-a cavab olaraq Fələstin Vaşinqtondakı səfirini geri çağırıb.

ONN media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir Hüsaməddin Zomlot sabah missiyasını başa vuraraq Fələstinə qayıdacaq.

Xatırladaq ki, dünən Qəzzada baş verən kütləvi qətliamda 61 nəfər ölüb, 2700-dən çox fələstinli isə yaralanıb. İsrailin terroru ilə əlaqədar Fələstin və Türkiyədə 3 günlük matəm elan edilib.

Qeyd edək ki, bu gün Türkiyə İsrailin Ankaradakı səfirini ölkəsinə göndərib. Belçika isə İsrail səfirini XİN-ə çağıraraq hesabat tələb edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png