ONN İnformasiya Agentliyi

ABŞ və Yunanıstan arasında razılıq

ABŞ və Yunanıstan arasında razılıq
22 May 2018 - 9:29

ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.

ONN media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin mətbuat xidmətinin rəhbəri Hezer Hauert deyib.

"Dövlət Katibi Pompeo və nazir Kotzias ikitərəfli münasibətlərin əla vəziyyətini müzakirə etdilər və əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər", – deyə Hauert bildirib.

Onun sözlərinə görə, Pompeo Kotziasa "ABŞ-ın Yunanıstana bundan sonra da iqtisadiyyatın bərpasına dair səyləri üzrə dəstək verəcəyinə" söz verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png