ONN İnformasiya Agentliyi

Sabunçu, Zabrat yolunda…-DİQQƏT

Sabunçu, Zabrat yolunda…-DİQQƏT
11 İyul 2018 - 16:13

Sabunçu-Zabrat yolunda təmir işlərinə başlanıb. Bu yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlanılıb

ONN media Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlanılıb.

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png