ONN İnformasiya Agentliyi

“Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır”- İqtisadçı

“Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır”- İqtisadçı
03 Sentyabr 2018 - 13:49

“İqtisadi cəhətdən Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır. Bizim qeyri-neft məhsulları ixracının 35-%-ə yaxını və kənd təsərrüfatı məhsulları ixracının 90%-ə yaxını Rusiyaya ixrac olunur. İxrac potensialının artması perspektivi böyükdür və Azərbaycan sahibkarları bundan getdikcə daha çox istifadə edəcəklər”.

ONN media Olaylar-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycan isə Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir: “Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya- Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və Azərbaycanın bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün çox cəlbedicidir və mühüm imkandır. Eyni zamanda Avropa Birliyi bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyaya Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir”. 

İqtisadçı qeyd edib ki, bütün bu nüanslar isə Rusiya və Azərbaycan iqtisadi münasibətlərinin bərabəqhüquqlu, qarşılıqlı fayda gətirən və inteqrasiya oluna bilən münasibətlər olduğunu deməyə imkan verir: “İmzalanan çox saylı və çox sahəli müqavilələr isə hər iki ölkə üçün iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png