ONN İnformasiya Agentliyi

Əhalinin nəzərinə – Sabahdan istilik verilir

Əhalinin nəzərinə – Sabahdan istilik verilir
14 Noyabr 2018 - 17:56

Ötən illərdən fərli olaraq bu il “Azəristiliktəchizat” ASC  istilik verilməsinə daha tez başlayıb. Buna səbəb isə havaların soyuq keçməsidir.

ONN media xəbər verir ki, sözügedən qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq dağətəyi rayonlarda noyabr ayının 1-dən, Bakıda isə 11-dən etibarən qurumun balansında olan qazanxanalar işə salınıb:

“Bu il istilik noyabrın 15-də yox, daha tez verilib. Artıq qazanxanaların 80 faizi trafikə uyğun olaraq işləyir. Sabahdan etibarən isə tam rejimdə işə salınacaq. Bu il işləməsi nəzərdə tutulan qazanxanalar vasitəsilə 3800 yaşayış  binası, qurumun tabeliyində olan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisəsi  və digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png