ONN İnformasiya Agentliyi

Bədbəxt hadisə – Yaşlı kişi laqonda ilə ayağını kəsdi

Bədbəxt hadisə – Yaşlı kişi laqonda ilə ayağını kəsdi
22 Noyabr 2018 - 23:42

Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

ONN media "report"-a istinadən bildirir ki, rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dən bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png