ONN İnformasiya Agentliyi

Natavan və Səidə arasında nə baş verir?

Natavan və Səidə arasında nə baş verir?
10 Dekabr 2018 - 12:00

“Düzünü desək, mən incimişəm. Umduğum yerdən küsmüşəm, buna haqqım da var. Heç kəs gəlib deyə bilməz ki, düz eləməmisən”. 

ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “ATV maqazin onlarla”ya açıqlamasında bildirib. O, proqrama danışarkən həmkarı Natavan Həbibi ilə hələ də, küsülü olduğunu qeyd edib:

“Bizim illərimiz, ortada kəsdiyimiz çörək var. Səbəbi budur ki, öz aramızda olan məsələdir. Biz bu məsələni danışsaq, daha sonra barışsaq, insanların gözündən düşəcəyik. Belə şey istəmirəm. Natavan mənim doğmam, əzizimdir. O, mənə yad ola bilməz.  Bəlkə də, bu şou-biznes qaydalarına uyğun deyil. Mən şou-biznesdə özümü hiss etməmişəm. Yoxsa oranın qaydalarına uyğun oynayardım”. 

Qeyd edək ki, Natavan və Səidə 10 aya yaxındır ki, münasibətlərinə son qoyublar.  Onlar küsmə səbəbini mətbuata açıqlamırlar. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png