ONN İnformasiya Agentliyi

Siqaret çəkənlərin DİQQƏTİNƏ- CƏRİMƏLƏNƏCƏKSİNİZ

Siqaret çəkənlərin DİQQƏTİNƏ- CƏRİMƏLƏNƏCƏKSİNİZ
11 Dekabr 2018 - 13:07

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

ONN media Baku.ws-ə istinadla xəbər verir ki, bu, tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Qanun qüvvəyə minib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png