ONN İnformasiya Agentliyi

Sərnişinlərə MÜJDƏ – Daha bir rayona sürət qatarı olacaq

Sərnişinlərə MÜJDƏ – Daha bir rayona sürət qatarı olacaq
29 Dekabr 2018 - 15:09

Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq.

ONN media Baku.ws-ə istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovjurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub.

“Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir. 2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır”, – deyə C.Qurbanov vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png