ONN İnformasiya Agentliyi

Tramp Marsı zəbt edəcəklərini açıqladı

Tramp Marsı zəbt edəcəklərini açıqladı
06 İyul 2019 - 23:38

ABŞ-ın müstəqilliyinin 243-cü ildönümü münasibətilə Vaşinqtonda keçirilən bayram mərasimində bir sıra detal diqqət çəkib.

ONN media xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə mərasimə tanklar və döyüş təyyarələri də gətirilib.

Donald Tramp 70 ildən sonra ilk dəfə Linkoln abidəsinin önündə amerikalılara xitab edən ilk prezident olaraq tarixə keçib.

ABŞ prezidenti gülləkeçirməz şüşənin arxasında çıxış edib. Onun çıxış etdiyi tribunanın önündəki yerlərin isə pulla satıldığı deyilir. Sosial şəbəkə istifadəçiləri Trampı lağa qoyublar.

“Kinq “Bir röya çıxışı etdim” deyərkən gülləkeçirməz şüşə yox idi. Qorxaqsan Tramp” deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Tramp çıxışında 2020-ci il və ondan sonrakı hədəflərdən danışıb. Vəd verib ki, “gün gələcək ABŞ-ın bayrağını Marsa sancacağıq”.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png