ONN İnformasiya Agentliyi

Əfqanıstanda polisə qanlı hücum: 12 ölü, 179 yaralı

Əfqanıstanda polisə qanlı hücum: 12 ölü, 179 yaralı
07 İyul 2019 - 14:47

Əfqanıstanın Qəznə şəhərində terrorçu-kamikadze təhlükəsizlik qüvvələrinin ofisinə hücum edib.

ONN media xəbər verir ki, terrorçu partladıcı qurğu yerləşdirilmiş yük maşınını partladıb.

Nəticədə 8-i polis olmaqla, ümumilikdə 12 nəfər həlak olub, 43 nəfər yaralanıb.

Xatırladaq ki, ötən gün bu şəhərdə yerləşən məscid partladılmış, nəticədə 2 nəfər ölmüşdü.

***

Taliban qruplaşması Qəznədə baş verən terakta görə məsuliyyəti üzərinə götürüb.

Hadisə nəticəsində yaralananların sayı 179-a çatıb, onlardan 36-sı azyaşlıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png