ONN İnformasiya Agentliyi

Manatı oğurlamaq çətinləşəcək

Manatı oğurlamaq çətinləşəcək
26 İyul 2019 - 17:52
Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni qaydalar hazırlanır. Bu qaydalarda pul nişanlarının oğurlanması məsələsi də əksini tapıb.

ONN media oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları”nı şərh edən bankın Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.

O qeyd edib ki, xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır:

“Onlar xüsusi rənglə nişanlanır və oğurlanan zaman avtomatik olaraq yararsız olur. Bununla bağlı təklifimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik. Hazırda bank sektorunun mövqeyini gözləyirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png